...

Konstitusiya Gününün qeyd olunması Azərbaycan gənclərində dövlətə olan güvənlik hissinin artmasını təbliğ edir – birinci vitse spiker

Cəmiyyət Materials 11 Noyabr 2011 12:13 (UTC +04:00)
Azərbaycanda Konstitusiya Gününün dövlət səviyyəsində qeyd edilməsi dövlətin Konstitusiyaya verdiyi çox böyük önəmin, hörmət və ehtiramın ifadəsidir.
Konstitusiya Gününün qeyd olunması Azərbaycan gənclərində dövlətə olan güvənlik hissinin artmasını təbliğ edir – birinci vitse spiker

Azərbaycan, Bakı, 11 noyabr / Trend müxbir E. Mehdiyev/

Azərbaycanda Konstitusiya Gününün dövlət səviyyəsində qeyd edilməsi dövlətin Konstitusiyaya verdiyi çox böyük önəmin, hörmət və ehtiramın ifadəsidir. Trend-in məlumatına görə, bunu cümə günü jurnalistlərə Milli Məclisin birinci vitse-spikeri Ziyafət Əsgərov bildirib.

Əsgərov hesab edir ki, bu bayramın keçirilməsi Azərbaycan gənclərində, şagirdlərində, hətta uşaq bağçalarında dövlətə olan güvənlik hissinin artmasını təbliğ edir.

"Azərbaycan Konstitusiyası ümummilli lider Heydər Əliyevin sədrliyi ilə işlənib hazırlanıb və o vaxt ulu öndərin qarşıya qoyduğu əsas məsələ Konstitusiyanın bütün sivil dünyanın prinsiplərini əks etdirməsindən, hər bir insanın, vətəndaşın hüquq və azadlıqlarının qorumasından ibarət idi", - o deyib.

Birinci vitse-spiker bildirib ki, Azərbaycanın bugünkü Konstitusiyası bu vəzifənin öhdəsindən layiqincə gəlir.

"Bugünkü Azərbaycan Konstitusiyası sivil dünyanın, inkişaf etmiş, qabaqcıl ölkələrin konstitusiyalarına tamamilə uyğundur və hətta bəzi hallarda bizim Konstitusiyamız daha irəli gedir", - Əsgərov deyib.

Xəbər lenti

Xəbər lenti