...

Bakı məktəblilərinin "Bilik" yarışı başlayıb

Cəmiyyət Materials 15 Noyabr 2011 16:41 (UTC +04:00)
Bakı Şəhəri üzrə Təhsil İdarəsi bu gün məktəblilərin "Bilik" yarışına start verib.
Bakı məktəblilərinin "Bilik" yarışı başlayıb

Azərbaycan, Bakı, 15 noyabr /Trend, müxbir İ.İsabalayeva/

Bakı Şəhəri üzrə Təhsil İdarəsi bu gün məktəblilərin "Bilik" yarışına start verib.

İdarənin ictimaiyyətlə əlaqələr sektorunun müdiri Zəminə Əliqızı çərşənbə axşamı Trend-ə bildirib ki, "Bilik" yarışının məktəb turunda V-XI sinif şagirdləri iştirak edəcəklər.

Yarışın bu turunda şagirdlər bütün fənlər üzrə özlərini sınaya biləcəklər. Növbəti rayon turunda isə yalnız VIII-XI sinif şagirdləri yarışda iştirak etmək hüququ qazanacaqlar.

Həmin turda şagirdlər doqquz fənn üzrə yarışacaqlar. Bilik yarışının rayon turunda riyaziyyat, ədəbiyyat, fizika, biologiya, tarix, xarici dil, coğrafiya fənləri üzrə VIII-XI, kimya üzrə IX-XI, informatika fənni üzrə isə X-XI sinif şagirdləri iştirak etmək hüququna malik olacaqlar.

Rayon turuna təqdim ediləcək qaliblərin siyahısı noyabrın 25-nə kimi müəyyənləşəcək.

Xəbər lenti

Xəbər lenti