...

Azərbaycanda təhsil sahəsində QİÇS-lə bağlı görülmüş işlər qiymətləndiriləcək

Cəmiyyət Materials 17 Noyabr 2011 13:52 (UTC +04:00)
2004-2011-ci illərdə QİÇS epidemiyasının profilaktikası istiqamətində Azərbaycanda təhsil sahəsində görülmüş işlərin və əldə olunan irəliləyişlərin qiymətləndirilməsi məqsədilə İşçi qrup yaradılıb.
Azərbaycanda təhsil sahəsində QİÇS-lə bağlı görülmüş işlər qiymətləndiriləcək

Trend-i buradan izləyin

Azərbaycan, Bakı, 17 noyabr /Trend müxbir İ.İsabalayeva/

2004-2011-ci illərdə QİÇS epidemiyasının profilaktikası istiqamətində Azərbaycanda təhsil sahəsində görülmüş işlərin və əldə olunan irəliləyişlərin qiymətləndirilməsi məqsədilə İşçi qrup yaradılıb.

Təhsil Nazirliyindən cümə axşamı Trend-ə verilən məlumata görə, İşçi qrupunun yaradılması barədə təhsil naziri Misir Mərdanov əmr verib.

Əmr YUNESKO-nun Moskva bürosunun müraciəti əsasında 2004-2011-ci illər ərzində AzərbaycanTəhsil Nazirliyi tərəfindən QİÇS epidemiyasının profilaktikası istiqamətində təhsil sahəsində görülmüş işlərin və əldə olunmuş irəliləyişlərin qiymətləndirilməsi məqsədilə verilib.

Əmrə əsasən, ali və orta ixtisas, ilk peşə-ixtisas təhsili müəssisələrinin rəhbərləri noyabrın 25-dək 2004-2011-ci illərdə QİÇS-lə bağlı keçirilən tədbirlər, görüşlər, konfranslar, seminarlar, aksiyalar və ümumilikdə bununla bağlı görülən işlər barədə məlumatları illər üzrə Təhsil Nazirliyinə təqdim etməlidirlər.

Xəbər lenti

Xəbər lenti