...

Azərbaycan təhlükəsizliyin təminatında nümunə göstərilə bilər - Krans Montana Forumu

Cəmiyyət Materials 21 Noyabr 2011 14:49 (UTC +04:00)
Noyabrın 16-19-da Cenevrədə Transmilli Cinayətkarlıqla Mübarizə üzrə 13-cü Beynəlxalq Sammit və Qlobal Təhlükəsizlik üzrə Forum keçirilib.
Azərbaycan təhlükəsizliyin təminatında nümunə göstərilə bilər - Krans Montana Forumu

Azərbaycan, Bakı, 21 noyabr /Trend/

Noyabrın 16-19-da Cenevrədə 60-dan çox ölkənin yüksək dövlət və hökumət nümayəndələrinin, eləcə də 200-dən artıq beynəlxalq təşkilat və transmilli şirkətin nümayəndələrinin iştirakı ilə Transmilli Cinayətkarlıqla Mübarizə üzrə 13-cü Beynəlxalq Sammit və Qlobal Təhlükəsizlik üzrə Forum keçirilib.

Krans Montana Forumunun təsisçisi və icraçı direktoru Jan Pol Karteron öz çıxışında beynəlxalq təhlükə, xüsusilə, dövlətlərin və cəmiyyətlərin üzləşdiyi transmilli cinayətkarlıq və terrorizm məsələlərinə toxunub.

Karteron iştirakçıları məlumatlandırıb ki, Azərbaycan Prezidentinin dəvəti ilə Krans Montana Forumunun növbəti illik sessiyası Bakıda keçiriləcək.

O qeyd edib ki, İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan son illərdə iqtisadi və sosial inkişafda inanılmaz uğurlara nail olub. Bundan başqa, Azərbaycan regionda çətin geosiyasi vəziyyətə baxmayaraq, digər ölkələrə nümunə ola biləcək təhlükəsizlik və sabitliyi təmin etməyi bacarıb.

Karteron vurğulayıb ki, bu gün balanslaşdırılmış xarici siyasət və enerji layihələri sayəsində Azərbaycan Avropa və qlobal təhlükəsizliyin vacib elementlərindən birinə çevrilib.

Xəbər lenti

Xəbər lenti