...

Bakıda ölümlə nəticələnən silahlı insidentlə bağlı üç maddə üzrə cinayət işi açılıb

Cəmiyyət Materials 22 Noyabr 2011 14:54 (UTC +04:00)
Bakıda ölümlə nəticələnən silahlı insidentlə bağlı artıq üç maddə üzrə cinayət işi açılıb
Bakıda ölümlə nəticələnən silahlı insidentlə bağlı üç maddə üzrə cinayət işi açılıb

Azərbaycan, Bakı, 22 noyabr /Trend, müxbir E.Mehdiyev/

Bakıda ölümlə nəticələnən silahlı insidentlə bağlı artıq üç maddə üzrə cinayət işi açılıb.

Baş Prokurorluğun mətbuat xidmətinin rəhbəri Eldar Sultanov çərşənbə axşamı Trend-ə bildirib ki, qeyd edilən faktla bağlı Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə), 29,120.2.7-ci (iki və daha çox şəxsi öldürməyə cəhd) və 228.1-ci (qanunsuz olaraq odlu silah gəzdirmə) maddələri ilə cinayət işi başlanıb, istintaq gedir.

Sultanov deyib ki, Xəzər rayon Prokurorluğu və Polis İdarəsinin həyata keçirdikləri təxirəsalınmaz istintaq-əməliyyat tədbirləri nəticəsində hadisənin Buzovna qəsəbə sakini, 1965-ci il təvəllüdlü Rahib Rəsulov tərəfindən törədilməsi müəyyən edilib.
Hazırda onun saxlanılması istiqamətində tədbirlər davam etdirilir.

İlkin ehtimala görə, Bakı şəhərində silahlı insident şəxsi münaqişə zəminində baş verib. Bu barədə bazar ertəsi Trend-ə Xəzər rayon Prokurorluğundan məlumat verilib.

Prokurorluqdan bildirilib ki, ölən və yaralanan bir-birinin yaxın qohumu olub.

Güllə yarasından 33 yaşlı Bakı sakini, Maştağa qəsəbəsi, Mirzəliyev küçəsi, ev 122 ünvanında yaşayan Hikmət Əmiralı oğlu Babayev dünyasını dəyişib. 28 yaşlı Babayevin xalası oğlu Raci Zəkiyev isə ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib.

Xəbər lenti

Xəbər lenti