...

Güclü qar İranın Azərbaycanla sərhəd bölgəsində ciddi porblemlər yaradıb

Cəmiyyət Materials 26 Noyabr 2011 11:56 (UTC +04:00)
Güclü qar İranın Azərbaycanla sərhəd bölgələrində ciddi porblemlər yaradıb
Güclü qar İranın Azərbaycanla sərhəd bölgəsində ciddi porblemlər yaradıb

Azərbaycan, Bakı, 26 noyabr / Trend, müxbir T.Cəfərov/

İranın Azərbaycanla sərhəd olan şimal bölgəsində güclü qar və qar çovğunu nəticəsində ciddi porblemlər yaranıb və xeyli sayda insanın yollarda qalmasına səbəb olub. Bunu İranın Qırmızı Aypara Təşkilatının mətbuat xidmətinin rəhbəri Hüseyn Derəxşan deyib. Bu barədə Trend şənbə günü İranın FARS xəbər agentliyinə istinadən məlumat verir.

Onun sözlərinə görə, indiyə qədər qar çovğunu nəticəsində Təbriz şəhəri istiqamətinə gedən maqistral yolda qalan şəxslərdən 320 nəfərinə yardım göstərilib, lakin hələ də 300 nəfərdən çox şəxs yolda qalıb və onlara yardım göstərilməyə çalışılır.

Məlumata əsasən, qar çovğunu nəticəsində İranın Şərqi Azərbaycan, Gilan, Tehran və Əlborz əyalətlərində də yolda qalanlar var. Bununla yanaşı, həmin əyalətlərdə bəzi magistral yollarda hərəkət dayandırılıb. Ərdəbil əyalətindən bir neçə kəndin mərkəzlə əlaqəsi tamamilə kəsilib. Ərdəbil əyalətinin bəzi bölgələrində soyuq hava şəraiti ilə əlaqədar məktəblər bağlanıb.

Xəbər lenti

Xəbər lenti