Azərbaycan, Bakı, 10 yanvar /Trend, müxbir İ.İsabalayeva/
Azərbaycan Respublikası və ətraf ərazilərin geodinamik əsaslı tektonik xəritəsinin rəqəmsal variantı hazırlanıb. Trend-in məlumatına görə, bunu Azərbaycan Milli Elmlər Akademiyasının Geologiya İnstitutunun direktoru Akif Əlizadə institutun çərşənbə axşamı keçirilən illik hesabatında bildirib.
O deyib ki, institut tərəfindən "Azəbaycanda nadir geoloji obyektlərin qorunması və uzunmüddətli istifadəsi" proqramı üzrə 108 obyekt yoxlanılıb.
Nəticədə 86 geoloji obyektin 3-ü unikal, 16-sı Azərbaycan üçün nadir hesab edilən geoloji obyekt sayılıb.
Azərbaycan və ətraf ərazilərin geodinamik əsaslı tektonik xəritəsinin rəqəmsal variantı hazırlanıb
Azərbaycan Respublikası və ətraf ərazilərin geodinamik əsaslı tektonik xəritəsinin rəqəmsal variantı hazırlanıb.