...

"Azərbaycan qadını" jurnalının təşkilatçılığı ilə etno-caz konserti keçirilib

Cəmiyyət Materials 11 Yanvar 2012 21:05 (UTC +04:00)
"Azərbaycan qadını" jurnalının təşkilatçılığı ilə Beynəlxalq Muğam Mərkəzində çərşənbə günü müğənni Sevda Ələkbərzadənin etno-caz üslubunda konserti keçirilib.
"Azərbaycan qadını" jurnalının təşkilatçılığı ilə etno-caz konserti keçirilib

Azərbaycan, Bakı, 11 yanvar /Trend, müxbir M.Əliyev/

"Azərbaycan qadını" jurnalının təşkilatçılığı ilə Beynəlxalq Muğam Mərkəzində çərşənbə günü müğənni Sevda Ələkbərzadənin etno-caz üslubunda konserti keçirilib.

Trend-in məlumatına görə, konsertdən əvvəl jurnalın yeni sayı barədə məlumat verilərək bildirilib ki, dərgidə Heydər Əliyev Fondunun Avropada, xüsüsən də Fransada keçirdiyi mədəni tədbirlər, o cümlədən İtaliyada və Almaniyada Azərbaycanın müstəqlliyinin 20 illiyinə həsr olunmuş tədbirlər geniş əks olunub.

Jurnalda, həmçinin müxtəlif peşə fəaliyyətində uğur qazanmış qadınların müsahibələri dərc olunub, xüsusən də rəssam Aida Mahmudovanın rəhbərlik etdiyi "YARAT müasir incəsənət məkanı" təşkilatının fəaliyyəti işıqlandırılıb.

Sonra konsert proqramı keçirilib. Sevda Ələkbərzadəni fortepianoda Elçin Şirinov, kontrabasda Ruslan Hüseynov, zərb alətlərində Elvin Bəşirov, Elşad Əbdürəhimov, ud və tarda isə Malik Mansurov müşayiət ediblər.

Xəbər lenti

Xəbər lenti