Azərbaycan, Bakı, 12 yanvar /Trend, müxbir İ.İsabalayeva/
Sabah Azərbaycan ərazisində soyuq və yağıntılı hava şəraiti davam edəcək.
Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentindən cümə axşamı Trend-ə bildiriblər ki, Bakıda və Abşeron yarımadasında yanvarın 13-də buludlu hava şəraitinin üstünlük təşkil edəcəyi, arabir yağıntılı olacağı gözlənilir. Şimal küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq.
Havanın temperaturunun gecə 1-4 dərəcə isti, gündüz 4-8 dərəcə isti olacağı gözlənilir.
Azərbaycanın rayonlarında yanvarın 13-də hava şəraitinin yağıntılı olacağı, dağlıq və dağətəyi rayonlarda sulu qar, qar yağacağı gözlənilir. Qərb küləyi əsəcək.
Havanın temperaturu gecə 0-4 dərəcə isti, gündüz 5-10 dərəcə isti, dağlarda gecə 1-6 dərəcə şaxta, gündüz 0-5 dərəcə isti təşkil edəcək.
Yüksək dağlıq ərazilərdə havanın minimal temperaturunun 12-17 dərəcə şaxta olacağı gözlənilir.
Yanvarın 13-dən 15-dək Abşeron yarımadasının hava şəraitində mühüm dəyişiklik gözlənilmir. Meteoroloji amillərin zəif və mülayim tərəddüdü əksər meteohəssas insanlar üçün əsasən əlverişlidir.
Azərbaycan sinoptikləri hansı hava şəraitini vəd edirlər?
Sabah Azərbaycan ərazisində soyuq və yağıntılı hava şəraiti davam edəcək