Azərbaycan, Bakı, 28 yanvar /Trend/
"Eurovision 2012"-nin İşçi Qrupu biletlərin satışı barədə yayılan xəbərləri təkzib edib. Trend-in məlumatına görə, bu barədə şənbə günü İctimai Televiziyasının rəsmi saytında bildirilir.
"Son günlər "Facebook" və digər sosial şəbəkələrdə, eləcə də İnternet saytlarında Bakıda keçiriləcək Eurovision Mahnı Müsabiqəi 2012 üçün biletlərin satışı ilə bağlı yanlış məlumatlar yayılır. May ayındakı şouya biletlər satışa çıxarılmayıb və bununla bağlı rəsmi məlumatlar, biletlərin satışa çıxarılacağı tarixə dair informasiyalar yaxın 3 həftə ərzində veriləcək", deyə Eurovision Mahnı Müsabiqəsinin İşçi Qrupunun məlumatında bildirilir.
Eurovision Mahnı Müsabiqəsinin İşçi Qrupu bir daha bildirir ki, digər sosial şəbəkələrdə və internet saytlarındakı informasiyaların heç bir əsası yoxdur və ictimaiyyəti çaşdırmaq xarakteri daşıyır.
Müsabiqə ilə bağlı bütün rəsmi məlumatları www.eurovision.tv, müsabiqənin rəsmi milli saytı www.eurovision.az və Eurovision İşçi Qrupunun Facebook və Twitterdəki və rəsmi milli səhifələrindən əldə edə bilərsiniz.
"Eurovision"-un İşçi Qrupu biletlərin satışı barədə xəbərləri təkzib edib
"Eurovision 2012"-nin İşçi Qrupu biletlərin satışı barədə yayılan xəbərləri təkzib edib. Trend-in məlumatına görə, bu barədə şənbə günü İctimai Televiziyasının rəsmi saytında bildirilir.