...

Bakıda çovğun başlayıb

Cəmiyyət Materials 2 Fevral 2012 07:27 (UTC +04:00)
Cümə axşamı səhər saatlarında Bakıda yenidən qar yağmağa başlayıb, güclü külək əsib.
Bakıda çovğun başlayıb

Azərbaycan, Bakı, 2 fevral / Trend /

Cümə axşamı səhər saatlarında Bakıda yenidən qar yağmağa başlayıb, güclü külək əsib.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosundan daha əvvəl Trend-ə verilən məlumata görə, bu gün Bakıda və Abşeron yarımadasında güclü şimal-qərb küləyinin əsəcəyi, qar yağacağı gözlənilir. Çovğun olacağı ehtimalı var. Yollar buz bağlayacaq.

Havanın temperaturunun gecə və gündüz 0-3 dərəcə şaxta olacağı gözlənilir.

Fevralın 3-də Bakıda buludlu hava şəraiti üstünlük təşkil edəcək. Gündüz yağıntının tədricən kəsiləcəyi gözlənilir. Şimal-qərb küləyi saniyədə 15-20 metr, arabir 23-25 metr sürətilə əsəcək, günün ikinci yarısında saniyədə 9-14 metrədək zəifləyəcək.
Havanın temperaturunun gecə 3-5, gündüz 0-3 dərəcə şaxta olacağı gözlənilir. Yollar buz bağlayacaq.

Şaxtalı hava şəraiti fevralın 5-dək davam edəcək.

Azərbaycanın rayonlarında havanın fasilələrlə yağıntılı olacağı, qar yağacağı gözlənilir. Bəzi yerlərdə intensiv və güclü olacağı ehtimalı var. Ayrı-ayrı yerlərdə duman olacaq. Mülayim qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Havanın temperaturunun gecə 3-6 dərəcə şaxta, gündüz 3 dərəcə şaxtadan 2 dərəcəyədək isti, dağlarda gecə 12-17 dərəcə şaxta, gündüz 0-5 dərəcə şaxta, yüksək dağlıq ərazilərdə havanın minimal temperaturunun 18-23 dərəcə şaxta olacağı gözlənilir. Yollar buz bağlayacaq.

Fevralın 3-də Azərbaycanın əksər rayonlarında fasilələrlə yağıntılı olacağı, qar yağacağı gözlənilir. Qarın bəzi yerlərdə intensiv və güclü olacağı ehtimalı var.

Havanın temperaturu gecə 3-6 dərəcə şaxta, gündüz 3 dərəcə şaxtadan 2 dərcəyədək isti, dağlarda gecə 11-16 dərəcə şaxta, gündüz 0-5 dərəcə şaxta olacaq. Yüksək dağlıq ərazilərdə havanın minimal temperaturunun 18-23 dərəcə şaxta olacağı gözlənilir. Yollar buz bağlayacaq.

Xəbər lenti

Xəbər lenti