Azərbaycan, Bakı, 2 fevral /Trend, müxbir E.Mehdiyev/
Bakıda havanın kəskin pisləşməsi və şaxtalı hava şəraiti ilə bağlı ölkənin gündəlik qəzetlərinin bir çoxu nəşr olunmayacaq.
Trend-in məlumatına görə, ölkənin bəzi qəzetləri hava şəraiti ilə əlaqədar cümə axşamı nəşr oluna bilməyiblər.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosundan daha əvvəl Trend-ə verilən məlumata görə, Bakıda şaxtalı hava şəraiti fevralın 5-nə kimi hökm sürəcək.
Bakıda havanın temperaturunun gecə və gündüz 0-3 dərəcə şaxta olacağı gözlənilir.
Bakıda hava şəraiti ilə bağlı bəzi gündəlik qəzetlər nəşr olunmayacaq
Bakıda havanın kəskin pisləşməsi və şaxtalı hava şəraiti ilə bağlı ölkənin gündəlik qəzetlərinin bir çoxu nəşr olunmayacaq
