Azərbaycan, Bakı, 6 fevral /Trend müxbir K.Zərbalıyeva/
Azərbaycanda avtomobillərin mövsümi qış təkərlərinə keçidinə qanunvericilikdə nə tələb var, nə də zərurət.
Respublika Baş Dövlət Yol Polisi İdarəsinin şöbə rəisi Kamran Əliyev bazar ertəsi Trend-ə bildirib ki, qanunvericilikdə avtomobillərin təkərləri ilə təchiz olunmasına tələb yoxdur. Qanunvericilikdə belə bir məcburiyyət müəyyən olunmayıb.
O, bunun səbəbini respublika ərazisində qışın sərt keçməməsi ilə əlaqələndirib.
Əliyevin sözlərinə görə, qış sərt keçən Avropa dövlətlərinin əksəriyyətində mövsümi qış təkərləri olmadan avtomobillərin idarə olunması qadağandır.
"Bizdə isə qış sərt keçmir. Ən çoxu 2-3 gün qarlı şaxtalı keçdiyindən belə bir tələbin qoyulması doğru olmazdı. Avropa dövlətlərində isə ilin 3-4 ayı şaxtalı-buzlu keçdiyindən onlarda belə bir tələb qoyulub", - şöbə rəisi deyib.
Əliyev deyib ki, satışda yay və qış mövsümi təkərləri var və bu təkərlərin istifadəsi könüllüdür.
Azərbaycan yol polisi avtomobillərin mövsümi qış təkərlərinə keçidini aktual saymır
Azərbaycanda avtomobillərin mövsümi qış təkərlərinə keçidinə qanunvericilikdə nə tələb var, nə də zərurət.