Azərbaycan, Bakı, 9 fevral / Trend müxbir K.Zərbalıyeva/
Səhiyyə Nazirliyinin Narkoloji Dispanserinin korrupsiya cinayətlərində ittiham olunan vəzifəli şəxslərinin apelyasiya şikayətinə baxılıb.
Bakı Apelyasiya Məhkəməsindən Trend-ə verilən məlumata görə, dispanserin baş həkimi Könül Vəliyeva və həkim Faiq Quliyev barəsindəki məhkəmə hökmü dəyişdirilib.
Onların hər iksinə Cinayət Məcəlləsinin 70-ci maddəsi tətbiq edilməklə Vəliyeva 3 il, Quliyev 2 il sınaq müddətinə şərti olaraq azadlıqdan məhrum edilib. Onlar məhkəmə zalından azadlığa buraxılıb.
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Vəliyeva 6 il 3 ay, Quliyev isə 6 il müddətinə azadlıqdan məhrum edilmişdi.
Vəliyeva Cinayət Məcəlləsinin 308-ci (vəzifə səlahiyyətindən sui-istifadə etmə) və 311-ci (rüşvət alma), Quliyev isə rüşvət alma maddələrinə əsasən ittiham olunub.
Narkoloji Dispanserin korrupsiyada ittiham olunan vəzifəli şəxsləri azadlığa buraxılıb
Səhiyyə Nazirliyinin Narkoloji Dispanserinin korrupsiya cinayətlərində ittiham olunan vəzifəli şəxslərinin apelyasiya şikayətinə baxılıb.
