...

Millət vəkili seçiciləri ilə görüşüb (FOTO)

Cəmiyyət Materials 5 Mart 2012 11:45 (UTC +04:00)
Martın 3-də millət vəkili Novruz Aslanov İsmayıllı rayonunun Quşencə kəndində seçiciləri ilə görüş keçirib. Görüş kənd orta məktəbində baş tutub.
Millət vəkili seçiciləri ilə görüşüb (FOTO)

Azərbaycan, Bakı, 5 mart /Trend/

Martın 3-də millət vəkili Novruz Aslanov İsmayıllı rayonunun Quşencə kəndində seçiciləri ilə görüş keçirib. Görüş kənd orta məktəbində baş tutub.

Bu görüşdə İsmayıllı rayon İcra Hakimiyyəti başçısının müavini Əzizə Vahabova da iştirak edib. 100-ə yaxın sakinin iştirakı ilə keçirilən görüşdə qaldırılan məsələlər əsasən kəndin yolu, içməli su və yeni tikililər olan əraziyə elektrik enerjisinin çəkilişi ilə bağlı olub. Bu məsələ ilə bağlı millət vəkili görüş zamanı müvafiq strukturla əlaqə saxlayıb və məsələnin həllinə köməklik edilməsini xahiş edib. Həmin əraziyə müvafiq elektrik xətlərinin çəkilişi nəzərdə tutulub. Digər məsələlərlə bağlı əlaqədar hökumət strukturarına müraciət ediləcəyi bildirilib.

Məlumat üçün bildirək ki, deputat Novruz Aslanov İsmayıllı şəhəri ilə yanaşı kəndlərdə də seçiciləri ilə görüşlər keçirir. Bu il də bir neçə kənddə belə görüşlərin keçirilməsi nəzərdə tutulub. Belə səyyar görüşlərin keçirilməsi kənd sakinlərinin problemləri ilə yerində tanış olmağa şərait yaradır və sakinlərin deputatla görüşünü daha da asanlaşdırır. Belə ki, sakinlər deputatla görüşmək üçün əlavə xərc və əziyyət çəkərək rayon mərkəzinə gəlmirlər, deputat özü onların yanına gəlir və dinləyir.

Xəbər lenti

Xəbər lenti