...

Qocalar evində 8 Mart münasibətilə bayram tədbiri keçirilib (FOTO)

Cəmiyyət Materials 8 Mart 2012 16:32 (UTC +04:00)
8 Mart - Beynəlxalq Qadınlar günü münasibətilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Bilgəh Müharibə və Əmək Əlilləri üçün Pansionatında (Qocalar evi) bayram tədbiri keçirilib.
Qocalar evində 8 Mart münasibətilə bayram tədbiri keçirilib (FOTO)

Azərbaycan, Bakı, 8 mart / Trend /

8 Mart - Beynəlxalq Qadınlar günü münasibətilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Bilgəh Müharibə və Əmək Əlilləri üçün Pansionatında (Qocalar evi) bayram tədbiri keçirilib. Tədbirdə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Aparat rəhbərinin müavini Elnur Kələntərov və nazirliyin ayrı-ayrı məsul şəxsləri iştirak edib. Bu barədə Trend-ə nazirliyin ictimaiyyətlə əlaqələr şöbəsindən bildirilib.

Dövlət himayəsində yaşayan qadınlara Nazirlik rəhbərliyinin təbriklərini və xoş arzularını çatdıran Elnur Kələntərov bildirib ki, bütün zamanlarda mənsub olduğu cəmiyyətin sarsılmaz mənəvi dayağı olan, öz xarakterində milliliklə müasirliyin vəhdətini yaşadan Azərbaycan qadınları ölkəmizin ictimai-siyasi və mədəni həyatında daim fəal iştirak edirlər. Onlar respublikamızın bütün sahələrdə tərəqqisi proseslərinə, eyni zamanda, gənc nəslin milli məfkurəyə, dövlətçilik ideallarına sədaqət ruhunda tərbiyəsinə dəyərli töhfələr verirlər. Bu gün respublikamızda geniş vüsət alan demokratik proseslər qadınların cəmiyyətin həyatında iştirakının getdikcə daha da fəallaşmasına münbit şərait yaradır.

Azərbaycan dövlətinin qadınlarla bağlı həyata keçirdiyi siyasət yüksək milli və ümumbəşəri dəyərlərdən qaynaqlanaraq, hər bir qadının, o cümlədən dövlət himayəsində yaşayan qadınların hərtərəfli diqqət və qayğı ilə əhatə olunmasını təmin edir. Bunun daha bir ifadəsi kimi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki sosial xidmət müəssisələrində yaşayan qadınların sosial müdafiəsinin gücləndirilməsi, onların normal həyat şəraitinin təmin olunması daim diqqət mərkəzində saxlanılır.

Bayram tədbirində pansionatda yaşayan qadınlara Nazirlik adından 8 Mart -Beynəlxalq Qadınlar günü münasibətilə hədiyyələr təqdim olunub. Ürək sözlərini söyləyən qadınlar onlara göstərilən böyük qayğılara görə ölkə rəhbərinə minnətdarlıqlarını ifadə edib, pansionatda onlar üçün yaradılan şəraitdən razılıqlarını ifadə ediblər.

Bilgəh Müharibə və Əmək Əlilləri üçün Pansionatda hazırda 187 nəfər ahıl və əlil dövlət himayəsində yaşayır ki, onlardan 99 nəfəri qadındır. Pansionatda əsaslı təmir işləri aparılmaqla yanaşı, mövcud tələbat nəzərə alınmaqla, pansionat üçün ikinci korpus inşa olunur.

Xəbər lenti

Xəbər lenti