...

Dövlət Proqramı çərçivəsində xaricdə oxuyan azərbaycanlı gənclərin çoxu tibb üzrə təhsil alır

Cəmiyyət Materials 10 Mart 2012 14:14 (UTC +04:00)
"2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı" çərçivəsində təhsil alanların 35 faizi tibb ixtisasları üzrə təhsil alır.
Dövlət Proqramı çərçivəsində xaricdə oxuyan azərbaycanlı gənclərin çoxu tibb üzrə təhsil alır

Azərbaycan, Bakı, 10 mart /Trend müxbir İ.İsabalayeva/

"2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı" çərçivəsində təhsil alanların 35 faizi tibb ixtisasları üzrə təhsil alır. Trend-in məlumatına görə, bu məlumat "Nazirlər Kabinetinin 2011-ci ildə fəaliyyəti haqqında hesabat"da öz əksini tapıb.

Hesabatda qeyd edilib ki, sonrakı yerləri 21 faiz göstərici ilə iqtisadiyyat və idarəetmə, 13 faizlik göstərici ilə mühəndislik və neft sənayesi üzrə təhsil alanlar tutur.

Dövlət Proqramında xaricdə oxuyanların 9 faizi informasiya texnologiyaları, 8 faizi sosial və humanitar elmlər, 5 faizi turizm, 2 faizi biologiya, genetika, 2 faizi riyaziyyat, 1 faizi ekologiya, 1 faizi fizika, 1 faizi mədəniyyət və incəsənət sahəsi üzrə təhsil alır.

Hesabatda bildirilib ki, dünyanın müxtəlif ölkələrində ali təhsil müəssisələrində müxtəlif mənbələr hesabına 10 400 nəfərdən çox azərbaycanlı gənc təhsil alır. Onlardan 1175 nəfəri "2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı" çərçivəsində təhsil almağa göndərilib. Onların 853 nəfəri 23 ölkənin 200-dək aparıcı universitetlərində təhsil alır. Bu günədək məzun olmuş 322 gəncin müəyyən hissəsi təhsilini növbəti səviyyələrdə davam etdirir. Digərləri isə ölkəmizin müxtəlif dövlət qurumlarında və özəl sektorda çalışır.

2011-2012-ci tədris ilində Azərbaycanın ali məktəblərində 48 ölkədən 4231 nəfər əcnəbi təhsil alır.

Xəbər lenti

Xəbər lenti