...

Bakı sürücülərinə şad xəbər

Cəmiyyət Materials 12 Mart 2012 10:58 (UTC +04:00)
Bakıda təmirə bağlanan yollardan biri bu gündən tam istifadəyə verilir.
Bakı sürücülərinə şad xəbər

Azərbaycan, Bakı, 12 mart / Trend müxbir K.Zərbalıyeva/

Bakıda təmirə bağlanan yollardan biri bu gündən tam istifadəyə verilir.

Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi Vaqif Əsədov Trend-ə bildirib ki, Səməd Vurğun küçəsinin Füzuli küçəsi ilə kəsişməyədək olan hissəsində yenidənqurma və təmir işləri başa çatıb və yol bu gündən tam istifadəyə verilib.

Əsədov bildirib ki, həmin yol genişləndirmə və asfalt örtüyünün yenilənməsi ilə əlaqədar 4 ay idi ki təmirə bağlanmışdı.

Əsədov bildirib ki, yolda işıqforlar və lazımi yol nişanları quraşdırılıb, yol dünya standartlarına cavab verir.

Xəbər lenti

Xəbər lenti