...

Azərbaycanda şəkərli diabet xəstələrinin sayı 150 mini ötüb

Cəmiyyət Materials 12 Mart 2012 15:42 (UTC +04:00)
Azərbaycanda şəkərli diabet xəstələrinin sayı 150 mini ötüb.
Azərbaycanda şəkərli diabet xəstələrinin sayı 150 mini ötüb

Azərbaycan, Bakı, 12 mart /Trend, müxbir İ.İsabalayeva/

Azərbaycanda şəkərli diabet xəstələrinin sayı 150 mini ötüb. Bu barədə bazar ertəsi Trend-ə Səhiyyə Nazirliyindən məlumat verilib.

Nazirlikdən bildirilib ki, bütün dünyada olduğu kimi, Azərbaycanda da şəkərli diabet xəstələrinin sayı artır. Xroniki insulin çatışmazlığından əmələ gələn şəkərli diabet xəstəliyinin artımının ən əsas səbəblərindən biri insanlarda piylənmənin artmasıdır. Belə xəstələrdə karbohidratların, zülalların və yağların mübadiləsi pozulur. Bu xəstəliyin yaranmasında irsi amillər də rol oynayır.

Nazirlikdən deyilib ki, ölkədə şəkərli diabet xəstələrinin aşkar edilməsi işi yaxşılaşıb. Görülən işlərin nəticəsi kimi şəkərli diabeti olan xəstələrin ölüm göstəricisi də enib.

Qeyd edək ki, Ümumdünya Səhiyyə Təşkilatı 2025-ci ilədək şəkərli diabet xəstələrinin sayının 350, hətta 380 milyon nəfərə çatacağı barədə proqnoz verib.

Xəbər lenti

Xəbər lenti