...

Azərbaycanlı tələbələr üçün gələn tədris ili üzrə Türkiyə universitetlərində ayrılacaq yerlərin sayı açıqlanıb

Cəmiyyət Materials 14 Mart 2012 11:36 (UTC +04:00)
Növbəti dərs ilində Türkiyədə ali təhsil almaq istəyən azərbaycanlı gənclər üçün həmin ölkənin nüfuzlu universitetlərində 150 yer ayrılacaq.
Azərbaycanlı tələbələr üçün gələn tədris ili üzrə Türkiyə universitetlərində ayrılacaq yerlərin sayı açıqlanıb

Azərbaycan, Bakı, 14 mart / Trend müxbir İ.İsabalayeva/

Növbəti dərs ilində Türkiyədə ali təhsil almaq istəyən azərbaycanlı gənclər üçün həmin ölkənin nüfuzlu universitetlərində 150 yer ayrılacaq. Trend-in məlumatına görə, bunu Misir Mərdanovla görüşdə Azərbaycanda səfərdə olan Türkiyə Baş nazirinin müavini Bəkir Bozdağ deyib.

O, Türkiyənin Azərbaycanla münasibətlərin inkişafında hər zaman maraqlı olduğunu bildirib.

Təhsil naziri Misir Mərdanov isə qeyd edib ki, hazırda 4 mindən çox azərbaycanlı gənc Türkiyənin nüfuzlu universitetlərində müxtəlif ixtisaslar üzrə təhsil alır. Azərbaycanın ali təhsil müəssisələrində 4 minədək türkiyəli tələbə oxuyur.

Azərbaycanda gənclərin xaricdə təhsil almasına xüsusi önəm verildiyini nəzərə çatdıran Misir Mərdanov qardaş Türkiyənin ali təhsil müəssisələri ilə əlaqələrin genişləndirilməsinin vacibliyini vurğulayıb. Nazir Azərbaycanda daha çox ehtiyac duyulan ixtisaslar üzrə xarici ölkələrə tələbə göndərilməsinin əhəmiyyətinə toxunub. O, bu baxımdan Türkiyənin müvafiq dövlət qurumları ilə əməkdaşlığa xüsusi önəm verildiyini qeyd edib.

Xəbər lenti

Xəbər lenti