...

TQDK ilk sınaq imtahanının vaxtını açıqlayıb

Cəmiyyət Materials 16 Mart 2012 11:11 (UTC +04:00)
Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) ali məktəblərə hazırlaşanlara kömək üçün keçirilən ilk sınaq imtahanının vaxtını açıqlayıb.
TQDK ilk sınaq imtahanının vaxtını açıqlayıb

Azərbaycan, Bakı, 16 mart /Trend, müxbir İ.İsabalayeva/

Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) ali məktəblərə hazırlaşanlara kömək üçün keçirilən ilk sınaq imtahanının vaxtını açıqlayıb.

Trend-in məlumatına görə, ilk sınaq imtahanı aprelin 8-də keçiriləcək.

Həmin imtahana yazılmaq istəyən abituriyentlər martın 16-dan etibarən mobil telefon nömrələrindən 7735 nömrəsinə boş sms göndərməklə virtual ödəmə kartı əldə edə bilərlər.

Ödəmə kartlarını "Visa/Visa Electron" və ya "Mastercard/Maestro" plastik kartı olan istənilən şəxs Komissiyanın internet saytından ödəmə etməklə də əldə edə bilər.

Xəbər lenti

Xəbər lenti