...

Azərbaycan İT strukturlarının biznesini genişləndirmək üçün baza yaradır

Cəmiyyət Materials 16 Mart 2012 15:10 (UTC +04:00)
İnformasiya Texnologiyalarının İnkişafı Dövlət Fondu innovasiya yönümlü strukturların fəaliyyətinin genişləndirilməsi üçün əlverişli mühit yaradacaq.
Azərbaycan İT strukturlarının biznesini genişləndirmək üçün baza yaradır

Azərbaycan, Bakı, 16 mart /Trend müxbir H.Vəliyev/

İnformasiya Texnologiyalarının İnkişafı Dövlət Fondu innovasiya yönümlü strukturların fəaliyyətinin genişləndirilməsi üçün əlverişli mühit yaradacaq. Bu barədə cümə günü Trend-ə Azərbaycan Milli Elmlər Akademiyasının İnformasiya Texnologiyaları İnstitutunun direktoru Rasim Əliquliyev bildirib.

Dövlət başçısı bir gün əvvəl Azərbaycan Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin tabeliyində İnformasiya Texnologiyalarının İnkişafı Dövlət Fondunun yaradılması haqqında sərəncam imzalayıb.

Əliquliyevin sözlərinə görə, ölkədə innovasiya yönümlü fondun yaradılması növbəti dəfə göstərir ki, dövlər İKT sahəsinə xüsusi diqqət ayırır.

Ekspertin fikrincə, fondun vəsaitlərindən müxtəlif strukturlar istifadə edə biləcək ki, bu da ölkədə İKT sahələrinin maliyyə tərkibinin səmərəli tətbiqinə və inkişafına kömək edir.

"Fond innovasiya yönümlü layihələrə daha operativ kömək etməyə imkan verəcək və ölkəyə xarici kapitalın cəlb edilməsi üçün əlverişli mühit yaradacaq. İT sektoru dinamik dəyişir, bununla əlaqədar yenilənmə prosesi maliyyə dəstəyi tələb edir. Burada söhbət təkcə texnologiyalar haqqında deyil, habelə mövcud məsələnin hüquqi tənzimlənməsindən gedir. Kadrların mövcudluğu heç də az əhəmiyyət kəsb etmir və bu planda hələ müxtəlif boşluqlar var", - Əliquliyev qeyd edib.

Ekspertin qənaətincə, insan resursları ilə bağlı məsələnin həll edilməsi üçün müxtəlif mənbələrə diqqət ayırmaq və müxtəlif strukturlardan insanları cəlb etmək, onların işini qiymətləndirmək, mütəxəssisləri, ekspertləri, elmi potensialı cəlb etmək, xarici şirkətlərlə birgə layihələr reallaşdırmaq, beynəlxalq forumlar təşkil etmək lazımdır. Bütün bunlar Azərbaycanda informasiya cəmiyyətinin formalaşması prosesində müsbət əksini tapacaq.

Xəbər lenti

Xəbər lenti