Azərbaycan, Bakı, 16 mart /Trend, müxbir M.Əliyev/
Azərbaycan Uşaq Təşkilatının sədri, deputat Gülər Əhmədova orta məktəblərdə uşaqlar üçün media dərslərinin keçilməsini təklif edir.
Trend-in məlumatına görə, Milli Məclisdə hökumətin hesabatının müzakirəsi zamanı Əhmədova bildirib ki, televiziyada və ya mətbuat orqanlarında zorakılıqla bağlı kifayət qədər məlumatlar yayımlanır.
O qeyd edib ki, bir sıra ölkələrdə olduğu kimi, şagirdlərə bu məlumatları düzgün analiz etmək öyrədilməlidir.
"Bu, uşaqların psixi sağlamlığını qorumağa imkan verəcək", - o deyib.
Əhmədova, həmçinin qeyd edib ki, mülki müdafiə tədrisinin keyfiyyətinin artırılması zəruridir.
Azərbaycanın orta məktəblərində media dərslərinin keçirilməsi təklif edilib
Azərbaycan Uşaq Təşkilatının sədri, deputat Gülər Əhmədova orta məktəblərdə uşaqlar üçün media dərslərinin keçilməsini təklif edir.
