...

Şamaxının Muğanlı kəndində sürüşmə sahəsindəki catlar genişlənir

Cəmiyyət Materials 26 Mart 2012 11:02 (UTC +04:00)
Azərbaycanın Şamaxı rayonunun Muğanlı kəndində sürüşmə sahəsindəki çatlarda enlənmə müşahidə edilir.
Şamaxının Muğanlı kəndində sürüşmə sahəsindəki catlar genişlənir

Azərbaycan, Bakı, 26 mart /Trend, müxbir İ.İsabalayeva/

Azərbaycanın Şamaxı rayonunun Muğanlı kəndində sürüşmə sahəsindəki çatlarda enlənmə müşahidə edilir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Kompleks Hidrogeologiya və Mühəndis Geologiyası Ekspedisiyasının baş mühəndisi Şaiq Niftiyev bazar ertəsi Trend-ə deyib ki, sürüşmənin özünün dinamikasında hələ aktivlik var. Çatların su ilə dolması və qrunt sularının əraziyə axını hələ də davam edir.

Niftiyev deyib ki, sürüşmənin konturları artıq müəyyən edilib. Hazırda həmin konturlara düşən yaşayış binaları və tikililərin texniki vəziyyəti araşdırılır. Muğanlı kəndində 3 ev tamamilə dağılıb, 11 ev tam qəzalı vəziyyətdədir, 40-a yaxın evdə aparılmış texniki müayinələr nəticəsində güclü deformasiyalar müəyyən edilib. Evləri tamamilə qəzalı vəziyyətə düşmüş ailələr həmin ərazidən çıxarılıb.

Baş mühəndis hazırda ETSN və Fövqəladə Hallar Nazirliyinin mütəxəssisləri tərəfindən birgə iş aparıldığını da söyləyib.

Xəbər lenti

Xəbər lenti