...

İslam Komitəsinin sədri evində ekstremist ədəbiyyat axtarıldığını bildirib

Cəmiyyət Materials 27 Mart 2012 16:50 (UTC +04:00)
İslam Komitəsinin sədri Heydər Camal çərşənbə axşamı səhər onun evində axtarış aparıldığı barədə məlumat verib.
İslam Komitəsinin sədri evində ekstremist ədəbiyyat axtarıldığını bildirib

Azərbaycan, Bakı, 27 mart /Trend/

Rusiya İslam Komitəsinin sədri, azərbaycanlı politoloq Heydər Camal çərşənbə axşamı səhər onun evində axtarış aparıldığı barədə məlumat verib. Bu barədə Trend Rusiya KİV-lərinə istinadən məlumat yayıb.

Onun sözlərinə görə, səhər saat 07:00-da FTX-nin beş müstəntiqi evinə gələrək ekstremist ədəbiyyat axtarmağa hazırlaşdıqlarını deyiblər. Bu zaman onlar konkret hansı ədəbiyyatı axtardıqlarını açıqlamayıblar.

"Onlar heç nəyi müsadirə etmədilər, götürdükləri hər şeyi yerinə qoydular, kompüterimdəki bir neçə diski nəzərdən keçirdilər və heç nə aşkar etmədilər. Fikrimcə, onlar nə axtardıqlarını dəqiq bilmirdilər. Bunların heç biri onlara lazım deyildi, bu, açıq şəkildə qorxutma əməliyyatı idi", - Camal deyib.

İslam Komitəsinin sədri bu hərəkətləri ona təzyiq kimi qiymətləndirib. "Hesab edirəm ki, bunların hamısı mənim siyasi fəaliyyətimlə bağlı olan psixoloji təzyiqdir. Mən bununla bağlı bəyanat vermək və mətbuat konfransı keçirməyə hazırlaşıram. Çünki bu, ölkədə siyasi iqlimin dəyişdiyini, yeni siyasi trendin yarandığını göstərir. İndi öz-özlüyündə biabırçılıq olan ədəbiyyata qadağa şantaj və qorxutma üçün bəhanə və alət kimi xidmət edir", - o deyib.

Heydər Camal 1947-ci ildə anadan olub. Müxalifyönlü "Sol cəbhə"nin əlaqələndirmə şurasının üzvüdür.

Xəbər lenti

Xəbər lenti