...

Azərbaycanda qeydiyyata alınan narkomanların 80 faizi ineksion narkotik istifadəçisidir

Cəmiyyət Materials 11 Aprel 2012 12:17 (UTC +04:00)
Azərbaycanda qeydiyyata alınan narkomanların sayı ildən-ilə artır. Bu artım hər il təxminən 1000 nəfər təşkil edir.
Azərbaycanda qeydiyyata alınan narkomanların 80 faizi ineksion narkotik istifadəçisidir

Azərbaycan, Bakı, 11 aprel /Trend, müxbir İ.İsabalayeva/

Azərbaycanda qeydiyyata alınan narkomanların sayı ildən-ilə artır. Bu artım hər il təxminən 1000 nəfər təşkil edir. Trend-in məlumatına görə, bunu səhiyyə nazirinin müavini Elsəvər Ağayev çərşənbə günü "Narkomaniyaya yox deyək" devizi altında keçirilən tədbirdə bildirib.

Ağayev deyib ki, hazırda Azərbaycanda rəsmi qeydiyyata alınmış 26 700-dən çox narkoman var. Onların 80 faizi ineksion narkotik istifadəçisidir. Amma qeydiyyata alınmayan narkomanların sayı da minlərlədir.

Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının işçi qrupunun rəhbəri Araz Əliquliyev isə tədbirdə bildirib ki, Azərbaycanda qeydiyyata düşən narkomanların 80 faizi ağır narkotik istifadəçiləridir.

Onun sözlərinə görə, yeniyenietmələr arasında uyuşdurucu maddələrdən istifadə halları artıb.

"Bunlar mağazalarda satılan yapışqan, aseton, apteklərdə satılan bəzi reseptsiz dərmanlardır", - Əliquliyev deyib.

Xəbər lenti

Xəbər lenti