...

Bakıda sabah temperatur aşağı enəcək, qısamüddətli yağış yağacaq

Cəmiyyət Materials 12 Aprel 2012 11:31 (UTC +04:00)
Bakıda sabah temperaturun aşağı enəcəyi, qısamüddətli az yağış yağacağı gözlənilir.
Bakıda sabah temperatur aşağı enəcək, qısamüddətli yağış yağacaq

Azərbaycan, Bakı, 12 aprel / Trend müxbir M.Əliyev/

Bakıda sabah temperaturun aşağı enəcəyi, qısamüddətli az yağış yağacağı gözlənilir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyininin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosundan cümə axşamı Trend-ə bildiriblər ki, Bakıda və Abşeron yarımadasında sabah buludlu hava şəraitinin üstünlük təşkil edəcəyi, bəzi yerlərdə arabir qısamüddətli az yağış yağacağı ehtimalı var.

Güclü şimal-qərb küləyi əsəcək. Havanın temperaturunun ötən günlərə nisbətən aşağı enəcəyi, gecə 10-15, gündüz 19-24 dərəcə isti olacağı gözlənilir.

Aprelin 13-dən 14-ü səhərədək Abşeron yarımadasında hava şəraitinin təzadlı dəyişməsi və atmosfer təzyiqinin xeyli yüksəlməsi fonunda güclü xəzri küləyinin əsməsi meteohəssas insanlar üçün əsasən əlverişsizdir. 14-ü gündüz və 15-də meteoroloji amillərin iqlim norması daxilində zəif və mülayim tərəddüdü meteohəssas insanlar üçün əlverişlidir.

Azərbaycanın rayonlarında aprelin 13-də bəzi yerlərdə şimşək çaxacağı, qısamüddətli yağış yağacağı gözlənilir. Arabir güclənən şimal-qərb küləyi əsəcək, havanın temperaturu gecə 9-14, gündüz 20-25, dağlarda gecə 5-10, gündüz 11-16 dərəcə isti olacaq.

Xəbər lenti

Xəbər lenti