...

Bakı sakinləri üçün istirahət gününün hava proqnozu

Cəmiyyət Materials 21 Aprel 2012 12:58 (UTC +04:00)
Bakıda və Abşeron yarımadasında bazar günü hava əsasən yağmursuz keçəcək.
Bakı sakinləri üçün istirahət gününün hava proqnozu

Azərbaycan, Bakı, 21 aprel /Trend, müxbir K.Zərbalıyeva/

Bakıda və Abşeron yarımadasında bazar günü hava əsasən yağmursuz keçəcək.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən şənbə günü Trend-ə bildiriblər ki, aprelin 22-də Bakıda və Abşeron yarımadasında hava dəyişkən buludlu, əsasən yağmursuz keçəcək.

Mülayim cənub küləyi əsəcək. Havanın temperaturunun gecə 11-15°, gündüz 21-26° isti olacağı gözlənilir.

Azərbaycanın rayonlarında hava əsasən yağmursuz olacaq. Lakin gecə və axşam saatlarında bəzi dağlıq və dağətəyi rayonlarda şimşək çaxacağı, qısamüddətli yağış yağacağı ehtimalı var. Ayrı-ayrı yerlərdə duman olacaq. Şərq küləyi əsəcək.

Havanın temperaturunun gecə 10-15, gündüz 22-27 dərəcə isti, dağlarda gecə 5-9, gündüz 14-19 dərəcə isti olacağı gözlənilir.

Xəbər lenti

Xəbər lenti