...

Azərbaycan gənclərinin xaricdə təhsil alması üçün müsabiqə elan edilir

Cəmiyyət Materials 25 Aprel 2012 17:57 (UTC +04:00)
Təhsil Nazirliyi "2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı" çərçivəsində xarici ölkələrin ali məktəblərində təhsil almaq məqsədilə müsabiqə elan edir.
Azərbaycan gənclərinin xaricdə təhsil alması üçün müsabiqə elan edilir

Azərbaycan, Bakı, 25 aprel /Trend, müxbir İ.İsabalayeva/

Azərbaycan Təhsil Nazirliyi "2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı" çərçivəsində xarici ölkələrin ali məktəblərində təhsil almaq məqsədilə müsabiqə elan edir. Nazirlikdən çərşənbə günü Trend-ə verilən məlumata görə, müsabiqəyə mayın 1-dən başlanılır.

Müsabiqədə orta və ali məktəbdə təhsil aldığı dövrdə yüksək nailiyyətlər əldə etmiş Azərbaycan Nazirlər Kabinetinin müvafiq sərəncamları ilə təsdiq edilmiş "Xarici ölkələrdə təhsil alacaq Azərbaycan gənclərinin seçim qaydaları"na və Azərbaycan Respublikasının Prezidenti yanında Təhsil üzrə Komissiyanın 23 saylı, 03.04.2012-ci il tarixli sərəncamı ilə təsdiq olunan "Azərbaycan gənclərinin xaricdə təhsil almaları məqsədi ilə seçilmiş ali təhsil müəssisələrinin siyahısı"na uyğun olaraq xarici ölkələrin ali məktəblərində təhsil alan və ya şərtsiz təhsil almaq hüququ qazanan vətəndaşlarımız iştirak edə bilərlər.

2012/2013-cü tədris ilində Dövlət Proqramı çərçivəsində təhsil almaq üçün biologiya, fizika, informasiya texnologiyaları, kənd təsərrüfatı, kimya, qədim dillər, mühəndislik, nanotexnologiya, neft sənayesi, riyaziyyat, tibb, turizm prioritet istiqamətlərdir.

2011/2012-ci dərs ilində orta məktəbi bitirən ərizəçilər orta təhsil haqqında sənəd (attestat) aldıqdan sonra müraciət edə bilərlər.

Xəbər lenti

Xəbər lenti