...

Azərbaycanın rayonlarına gedən yollarda nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq

Cəmiyyət Materials 8 May 2012 11:21 (UTC +04:00)
Azərbaycanda keçiriləcək beynəlxalq velosiped turniri ilə əlaqədar respublikanın rayonlarına gedən yollarda nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq.
Azərbaycanın rayonlarına gedən yollarda nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq

Azərbaycan, Bakı, 8 may / Trend müxbir K.Zərbalıyeva/

Azərbaycanda keçiriləcək beynəlxalq velosiped turniri ilə əlaqədar respublikanın rayonlarına gedən yollarda nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq.

Respublika Baş Dövlət Yol Polisi İdarəsinin şöbə rəisi Kamran Əliyev Trend-ə bildirib ki, ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş beynəlxalq velosiped yarışının keçirilməsi ilə əlaqədar olaraq mayın 10-da Bakı-İsmayıllı, mayın 11-də Qəbələ-Şəki, mayın 12-də İsmayıllı-Bakı yolunda nəqliyyatın hərəkəti fasilələrlə məhdudlaşdırılacaq.

İdarə sürücülərə bu istiqamətlərə şəxsi nəqliyyat vasitələrindən mümkün qədər az istifadə etmələrini tövsiyə edir.

Xatırladaq ki, turnirin keçirilməsi ilə əlaqədar Bakıda da bəzi küçə və prospektlərdə nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq.

Xəbər lenti

Xəbər lenti