...

Azərbaycanda məktəblilər arasında fənn olimpiadalarının keçirilməsinə səhlənkar yanaşan rayonların adları açıqlanıb

Cəmiyyət Materials 16 May 2012 15:59 (UTC +04:00)
Azərbaycanın bır sıra rayonlarda müvafiq qurumlar cari tədris ilində məktəblilər arasında fənn olimpiadalarının təşkili və keçirilməsinə laqeyd və səhlənkar yanaşma hallarına yol verib.
Azərbaycanda məktəblilər arasında fənn olimpiadalarının keçirilməsinə səhlənkar yanaşan rayonların adları açıqlanıb

Azərbaycan, Bakı, 16 may /Trend, müxbir İ.İsabalayeva/

Azərbaycanın bır sıra rayonlarda müvafiq qurumlar cari tədris ilində məktəblilər arasında fənn olimpiadalarının təşkili və keçirilməsinə laqeyd və səhlənkar yanaşma hallarına yol verib.

Təhsil Nazirliyinin mətbuat xidmətindən çərşənbə günü Trend-ə verilən məlumata görə, Ağcabədi, Daşkəsən, Beyləqan, Qazax, Abşeron, Cəbrayıl, Xızı, Şabran, Sabirabad, Zəngilan, Ağstafa, Füzuli rayonlarından fizika və kimya fənlərindən, Samux, Gədəbəy, Ağdam, Qusar, Bərdə rayonlarından fizikadan, Xaçmaz, Neftçala, Qobustan, Göygöl, Salyan rayonlarından kimyadan, Cəbrayıl, Zərdab, Göygöl, Daşkəsən rayonlarından riyaziyyatdan, Şabran, Qubadlı rayonlarından riyaziyyat və biologiyadan, Laçın rayonundan biologiyadan olimpiadanın yekun turunda bir nəfər də iştirakçı olmayıb. Kəlbəcər və Xocavənd rayonlarının hər birindən isə yalnız 1 nəfər iştirak edib.

Məktəblərin kompüterlərlə təmin olunmasına baxmayaraq, informatika fənni üzrə olimpiadanın yekun turunda Gəncə, Şirvan, Naftalan şəhərlərindən, Abşeron, Xaçmaz, Neftçala, İmişli və Samux rayonları istisna olunmaqla, digər rayonlardan iştirakçı olmayıb.

Ağsu, Ağdam, Qobustan, Daşkəsən, Qubadlı, Kəlbəcər rayonlarından bir nəfər belə mükafata layiq yer tutmayıb.

O da müəyyən edilib ki, I və II rayon (şəhər) turlarında seçim qeyri-obyektiv aparılıb.

Qaliblərin sayı baxımından isə respublikada fəaliyyət göstərən "Çağ" Öyrətim İşlətmələri Şirkətinin Azərbaycan-Türkiyə özəl liseylərinin şagirdləri fənn olimpiadalarının yekun turunda üstünlük təşkil edib.

Azərbaycanın təhsil naziri Misir Mərdanovun "Məktəblilərin 2011/2012-ci dərs ilində keçirilmiş fənn olimpiadalarının nəticələri barədə" əmrində çatışmazlıqların aradan qaldırılması üçün müvafiq tapşırıqlar verilib. Eyni zamanda, olimpiadalarda şagirdləri I dərəcəli diploma layiq görülmüş müəllimlər, olimpiadaların keçirilməsində xüsusi əmək sərf edən respublika münsiflər heyətinin sədrləri, üzvləri mükafatlandırılacaq.

Xəbər lenti

Xəbər lenti