...

Azərbaycan əhalisinin qeyri-infeksion xəstəliklərdən qorunması üzrə fəaliyyət planı hazırlanacaq

Cəmiyyət Materials 21 May 2012 11:14 (UTC +04:00)
Bu ilin yay aylarında Azərbaycan əhalisinin qeyri-infeksion xəstəliklərdən qorunması üzrə 5 illik fəaliyyət planının hazırlanmasına başlanacaq.
Azərbaycan əhalisinin qeyri-infeksion xəstəliklərdən qorunması üzrə fəaliyyət planı hazırlanacaq

Azərbaycan, Bakı, 21 may /Trend, müxbir İ.İsabalayeva/

Bu ilin yay aylarında Azərbaycan əhalisinin qeyri-infeksion xəstəliklərdən qorunması üzrə 5 illik fəaliyyət planının hazırlanmasına başlanacaq. Bu barədə Trend-ə bazar ertəsi Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Azərbaycandakı nümayəndəliyindən məlumat verilib.

Nümayəndəlikdən bildirilib ki, iyunda qeyri-infeksion xəstəliklərin risk faktorları ilə bağlı ölkə əhalisi arasında ÜST-nin, Dünya Bankının dəstəyi ilə Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzi tərəfindən keçirilmiş araşdırmanın nəticələri mütəxəssislərin iştirakı ilə müzakirə ediləcək. Bundan sonra fəaliyyət palanının hazırlanması üçün yerli və beynəlxalq ekspertlərdən ibarət işçi qrupu yaradılacaq.

Nümayəndəlikdən bildirilib ki, fəaliyyət planının hazırlanması zamanı həmin araşdırmanın nəticələri əsas götürüləcək.

Qeyri-infeksion xəstəliklər dünyada, eləcə də Azərbaycanda insan ölümünün səbəbləri arasında ilk yeri tutduğu üçün Azərbaycanda da bu xəstəliklər üzrə fəaliyyət planının hazırlanması zəruri hesab edilir.

Qeyd edək ki, qeyri-infeksion xəstəliklərin sırasına ürək-damar, onkoloji, diabet və qeyri-infeksion respirator xəstəliklər daxildir.

Xəbər lenti

Xəbər lenti