Azərbaycan, Bakı, 30 may / Trend müxbir K.Zərbalıyeva/
Bakının Xəzər rayon məhkəməsi Mülki Məcəllənin 471-ci maddəsinin şərh olunması ilə bağlı Konstitusiya Məhkəməsinə (KM) müraciət edib.
KM-dən Trend-ə verilən məlumata görə, Mülki Məcəllənin 471-ci maddəsində qeyd olunur ki, zaminlik müqaviləsi yazılı formada bağlanmalıdır. Yazılı formaya riayət edilməməsi zaminlik müqaviləsinin etibarsızlığına səbəb olur.
Məhkəmənin müraciətində zaminlik müqaviləsi, forması, zaminin məsuliyyəti, zaminlik müqaviləsinin məzmunu və s. bu kimi məsələlərin şərh olunması, aydınlaşdırılması xahiş olunur.
Müraciətə KM-in Plenimunun iyunun 19-da keçiriləcək iclasında baxılacaq.