...

Türkdilli ölkələrin qadın qeyri-hökumət təşkilatlarının birliyi yaradılır

Cəmiyyət Materials 31 May 2012 10:37 (UTC +04:00)

Azərbaycan, Bakı, 31 may / Trend müxbir M.Əliyev/

Türkdilli ölkələrin qadın qeyri-hökumət təşkilatlarının birliyi yaradılır. Bu barədə Trend-ə Milli Məclisin deputatı, Azərbaycan-Türkiyə parlamentlərarası dostluq qrupunun üzvü Məlahət İbrahimqızı bildirib.

Onun sözlərinə görə, hazırda türkdilli ölkələrin qadın QHT-lərinin təmsilçilərinin toplantısının keçirilməsi və həmin toplantıda birliyin yaradılması haqqında qərarın qəbul olunması müzakirə edilir.

İbrahimqızı, həmçinin qeyd edib ki, bu günlərdə Yeni Azərbaycan Partiyası Qadınlar Şurasının sədri Nurlana Əliyeva və deputat Sədaqət Vəliyeva ilə birlikdə Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğanın rəhbərlik etdiyi AKP-nin Qadın Qolunun Qurultayında iştirak ediblər.

"Qurultay zamanı Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğanla görüşdə qadınların siyasətdə rolu, həmçinin Azərbaycan və Türkiyənin hakim partiyalarının qadınlar şurasının gələcək əməkdaşlığı müzakirə olunub", - İbrahimqızı deyib.

Qurultayda Kolorada ştatını təmsil edən ABŞ senatoru, Almaniya, İngiltərə, Tunis və Rusiya daxil olmaqla, 40-a yaxın ölkədən 70-dən çox əcnəbi qadın siyasətçi iştirak edib.

Səfər çərçivəsində azərbaycanlı qadın siyasətçilər Ankara Böyük Şəhər Bələdiyyəsinin başkanı Məlik Gökceyin təşkil etdiyi AKP-nin Ankara şöbəsinin qadınları ilə sosial proqramda da iştirak ediblər.

Xəbər lenti

Xəbər lenti