Azərbaycan, Bakı, 31 may /Trend, müxbir İ.İsabalayeva/
Azərbaycan Səhiyyə Nazirliyi Respublika Gigiyena və Epidemiologiya Mərkəzi Bakının "Sahil" və "Şıx" çimərliklərindən istifadəyə qadağa qoyub. Bu barədə cümə axşamı Trend-ə mərkəzin şöbə müdiri Ziyəddən Kazımov məlumat verib.
Onun sözlərinə görə, aparılan yoxlamalar zamanı həmin çimərliklərdə bakterioloji çirklənmənin müşahidə olunduğu aşkarlanıb.
Kazımov deyib ki, amma Mərdəkan, Şüvəlan, Novxanı, Buzovna, Zuğulba, Pirşağı, Bilgəh, Nardaran, Türkan, Hövsan çimərliklərində dəniz suyunun keyfiyyət göstəriciləri norma daxilindədir. Buna görə də vətəndaşlar həmin çirmərliklərdən istifadə edə bilərlər.