...

Tbilisidə Azərbaycanda zəlzələ nəticəsində dağılmış gürcü məktəbinə yardım aksiyası keçiriləcək

Cəmiyyət Materials 1 İyun 2012 11:12 (UTC +04:00)
Bu gün Gürcüstan Ədəbiyyatı Dövlət Muzeyində Azərbaycanın Qax rayonunun Maşıbaşı kəndində mayın 7-də baş vermiş zəlzələ nəticəsində dağılmış gürcü məktəbinə yardım vəsaiti toplanması üçün xeyriyyə aksiyası keçiriləcək.
Tbilisidə Azərbaycanda zəlzələ nəticəsində dağılmış gürcü məktəbinə yardım aksiyası keçiriləcək

Gürcüstan, Tbilisi, 1 iyun / Trend, müxbir N.Kirsxaliya/

Bu gün Gürcüstan Ədəbiyyatı Dövlət Muzeyində Azərbaycanın Qax rayonunun Maşıbaşı kəndində mayın 7-də baş vermiş zəlzələ nəticəsində dağılmış gürcü məktəbinə yardım vəsaiti toplanması üçün xeyriyyə aksiyası keçiriləcək.

Aksiya çərçivəsində əl işləri və şəkillərin satış sərgisi keçiriləcək, poeziya gecəsi təşkil ediləcək. Burada Azərbaycanda yaşayan gürcü uşaqlarla yanaşı, yerli uşaqların işləri də sərgilənəcək.

Tədbirdə arzu edən hər kəs həm maliyyə yardımı ilə, həm də məktəbə uşaq kitabları və jurnalları hədiyyə etməklə iştirak edə bilər.

"Gürcüstan Bankı"nda xüsusi hesab açılacaq - GE27 BG00 0000 0919 0082 00; bankın kodu - BAGAGE22.

Aksiya saat 13:00-da başlayacaq. Onun təşkilatçıları Tbilisi meriyası "Kurmuxeli" mədəni-maarif cəmiyyəti və Gürcüstan Ədəbiyyatı Muzeyidir.

Xəbər lenti

Xəbər lenti