...

Kür və Araz çaylarında aparılan növbəti monitorinqin nəticələri açıqlanıb

Cəmiyyət Materials 13 İyun 2012 12:08 (UTC +04:00)
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ətraf Mühit üzrə Milli Monitorinq Departamenti Kür və Araz transsərhəd çayları, həmçinin onların transsərhəd qollarının çirklənmə vəziyyətini öyrənmək məqsədilə iyun ayının I ongünlüyündə keçirdiyi monitorinqin nəticələrini açıqlayıb.
Kür və Araz çaylarında aparılan növbəti monitorinqin nəticələri açıqlanıb

Azərbaycan, Bakı, 13 iyun /Trend, müxbir İ.İsabalayeva/

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ətraf Mühit üzrə Milli Monitorinq Departamenti Kür və Araz transsərhəd çayları, həmçinin onların transsərhəd qollarının çirklənmə vəziyyətini öyrənmək məqsədilə iyun ayının I ongünlüyündə keçirdiyi monitorinqin nəticələrini açıqlayıb.

Nazirliyin mətbuat xidmətindən çərşənbə günü Trend-ə verilən məlumata görə, iyunun I ongünlüyündə Kür çayında suyun sərfi may ayının III ongünlüyünə nisbətən saniyədə 131 kubmetr azalaraq 317 kubmetrə enib. Monitorinqin nəticələrinə əsasən, Gürcüstan və Ermənistan ərazilərindən təmizlənmədən birbaşa su obyektlərinə axıdılan məişət tullantıları və sənaye müəssisələrinin çirkab sularının təsiri nəticəsində Kür çayı və onun qollarında biogen maddələrin miqdarı normadan dəfələrlə artıq olub. Suyun tərkibindəki spesifik çirkləndiricilərdən fenol və mis birləşmələri yol verilən qatılıq həddini (YVQH) keçib.

Belə ki, Şıxlı-2 məntəqəsində fenollar 3, mis birləşmələri 4, Ağstafaçayda fenollar və mis birləşmələri 3 dəfə YVQH-ni keçib, Ağstafaçay su anbarında isə fenollar norma daxilində olub, mis birləşmələri 4 dəfə YVQH-ni keçib.

İyun ayının I ongünlüyündə aparılan monitorinqlərin nəticələrinə görə Araz çayı üzrə Horadiz məntəqəsində suyun əsas çirkləndiricilərindən olan fenollar 2, mis birləşmələri 3, I Şahsevən məntəqəsində mis birləşmələri 4, fenollar 3, Bəhramtəpə məntəqəsində isə fenollar 2, mis birləşmələri 4 dəfə YVQH-ni ötüb.

Suyun oksigen rejimi bütün məntəqələrdə 5.45-6.60 mq/l arasında olmaqla sanitar norma daxilində dəyişib.

Xəbər lenti

Xəbər lenti