...

Bu gün ali məktəblərin magistr pilləsinə qəbul imtahanının ikinci mərhələsi başlayıb

Cəmiyyət Materials 24 İyun 2012 13:00 (UTC +04:00)
Bu gün ali məktəblərin magistr pilləsinə qəbul imtahanının ikinci mərhələsi başlayıb. Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) mətbuat xidmətindən Trend-ə bildiriblər ki, imtahan Bakı, Naxçıvan və Gəncə şəhərlərində keçirilir.
Bu gün ali məktəblərin magistr pilləsinə qəbul imtahanının ikinci mərhələsi başlayıb

Azərbaycan, Bakı, 24 iyun /Trend, müxbir İ.İsabalayeva/

Bu gün ali məktəblərin magistr pilləsinə qəbul imtahanının ikinci mərhələsi başlayıb. Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) mətbuat xidmətindən Trend-ə bildiriblər ki, imtahan Bakı, Naxçıvan və Gəncə şəhərlərində keçirilir.

Qeyd edək ki, imtahanın ikinci mərhələsində iştirak edəcək bakalavrlar iyunun 4-dən 12-dək elektron ərizələrinə daxil olaraq bitirdikləri bakalavr ixtisasına uyğun qəbul proqramlarından birini seçib təsdiq etdiriblər. 8529 bakalavr qəbul proqramını seçərək təsdiqlədib. Onlardan 7418 nəfəri Azərbaycan bölməsinin, 1111 nəfəri isə rus bölməsinin məzunudur.

Bakalavrların 3661 nəfərini oğlanlar, 4868 nəfərini isə qızlar təşkil edir. 5110 nəfər ali təhsil müəssisələrinin builki, 3419 nəfəri isə əvvəlki illərin məzunlarıdır.

Xəbər lenti

Xəbər lenti