...

Azərbaycanda III ixtisas qrupu üzrə qəbul imtahanlarının nəticələri açıqlanıb (ƏLAVƏ OLUNUB)

Cəmiyyət Materials 17 İyul 2012 17:58 (UTC +04:00)
Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) ali məktəblərin III ixtisas qrupu üzrə qəbul imtahanlarının nəticələrini açıqlayıb.
Azərbaycanda III ixtisas qrupu üzrə qəbul imtahanlarının nəticələri açıqlanıb (ƏLAVƏ OLUNUB)

Üçüncü abzasdan sonra yeni məlumatlar əlavə edilib (ilk xəbər saat 17.21-də yayılıb)

Azərbaycan, Bakı, 17 iyul /Trend, müxbir İ.İsabalayeva/

Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) ali məktəblərin III ixtisas qrupu üzrə qəbul imtahanlarının nəticələrini açıqlayıb.

Komissiyanın mətbuat xidmətindən çərşənbə axşamı Trend-ə verilən məlumata görə, imtahan nəticələri TQDK-nın rəsmi saytında yerləşdirilib. Abituriyentlər imtahan nəticələri barədə məlumatları, həmçinin mobil telefonla 7727 nömrəsinə iş nömrələrini göndərməklə öyrənə bilərlər.

III ixtisas qrupu üzrə imtahanda iştirak etmək üçün sənəd vermiş 30831 abituriyentdən 984 nəfəri imtahanda iştirak etməyib. İmtahanda iştirak edən abituriyentlərdən 43 nəfəri köçürməyə cəhd etdiklərinə görə imtahandan xaric olunmuş və nəticələri ləğv edilib.

Test imtahanının nəticəsinə əsasən 9038 abituriyent (xüsusi qabiliyyət tələb edən ixtisaslar üzrə müsabiqə iştirakçıları istisna olmaqla) müsabiqədə iştirak etmək hüququ qazanıb.

III ixtisas qrupu üzrə test imtahanının nəticəsi əsasında imtahan ballarının paylanması "Abituriyent" jurnalının xüsusi buraxılışında dərc olunacaq.

İxtisas seçimi avqustun 7-dən avqustun 16-dək internet vasitəsilə aparılacaq. Qəbul aparılan ixtisasların siyahısı isə "Abituriyent" jurnalının 3-cü sayında dərc olunacaq.

Hər bir abituriyent öz imtahan nəticələrinə dair məlumat vərəqini internet vasitəsilə əldə edə bilər.

Qeyd edək ki, bu il III qrup üzrə 30831 abituriyent ərizə təqdim edib. İmtahanlar respublikanın 6 şəhərində - Bakı, Naxçıvan, Gəncə, Sumqayıt, Şəki, Lənkəranda keçirilib.

Xəbər lenti

Xəbər lenti