...

İlin birinci yarısında korrupsiya ilə bağlı məhkəməyə göndərilən işlərin daha çox hansı sahələr üzrə olduğu açıqlanıb

Cəmiyyət Materials 18 İyul 2012 12:14 (UTC +04:00)
Baş prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsi bu ilin birinci yarısında müxtəlif sahələrdə korrupsiya ilə bağlı məhkəməyə göndərilən işlərin statistikasını açıqlayıb.
İlin birinci yarısında korrupsiya ilə bağlı məhkəməyə göndərilən işlərin daha çox hansı sahələr üzrə olduğu açıqlanıb

Azərbaycan, Bakı, 18 iyul /Trend, müxbir K.Zərbalıyeva/

Baş prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsi bu ilin birinci yarısında müxtəlif sahələrdə korrupsiya ilə bağlı məhkəməyə göndərilən işlərin statistikasını açıqlayıb.

Trend-in məlumatına görə, İdarənin rəisi Kamran Əliyev bu gün cari ilin birinci yarısının yekunları ilə bağlı keçirdiyi mətbuat konfransında deyib ki, ilk yarımildə sosial müdafiə sahəsi üzrə 20 şəxs barəsində 5 cinayət işi, əmlak məsələləri ilə bağlı 2, bələdiyyələrlə bağlı 3, yerli icra hakimiyyətləri ilə bağlı 5, səhiyyə sahəsi üzrə 2, təhsil sahəsində 7, mənzil kommunal təsərrüfatı ilə bağlı 1, mədəniyyət və turizm sahəsi üzrə 5, rabitə sahəsi üzrə 1, nəqliyyat sahəsində 1, kənd təsərrüfatı sahəsi üzrə 5, banklarla bağlı 4, təbiətin mühafizəsi sahəsində 5, iqtisadi fəaliyyət sahəsi üzrə 3, polislə bağlı 3, özəl sahə ilə bağlı 17, prokurorluqla bağlı 2 cinayət işi məhkəməyə göndərilib.

Xəbər lenti

Xəbər lenti