...

Azərbaycanda baş verən qəzalarla bağlı Parlamentin xüsusi iclasının keçirilməsi üçün müraciət edilib

Cəmiyyət Materials 2 Oktyabr 2012 15:15 (UTC +04:00)
Azərbaycanda QHT-lər yollarda baş verən qəzalarla bağlı parlamentin xüsusi iclasının keçirilməsi üçün Milli Məclisə müraciət edib.
Azərbaycanda baş verən qəzalarla bağlı Parlamentin xüsusi iclasının keçirilməsi üçün müraciət edilib

Azərbaycan, Bakı, 2 oktyabr /Trend, müxbir K.Zərbalıyeva/

Azərbaycanda QHT-lər yollarda baş verən qəzalarla bağlı parlamentin xüsusi iclasının keçirilməsi üçün Milli Məclisə müraciət edib.

"Yolların Təhlükəsizliyinə Dəstək" QHT Koalisiyasının rəhbəri Nazir Quliyev Trend-ə bildirib ki, Koalisiyaya daxil olan 25 QHT-nin hazırladığı müraciətdə son vaxtlar çoxsaylı ölüm və xəsarətlə nəticələnən yol qəzalarının sayının artmasından narahatlıq ifadə olunur və problemin müvafiq qurumların, vətəndaş cəmiyyəti nümayəndələrinin iştirakı ilə müzakirəsi və konkret tədbirlərin görülməsinin vacibliyi vuğulanır.

Quliyevin sözlərinə görə, parlamentin müzakirəsinin nəticəsi kimi işçi sənəd hazırlanmalı və gələcəkdə müvafiq qurumlar bu sənədə istinad etməlidir.

Koalisiya hesab edir ki, yolların təhlükəsizliyi ilə bağlı qısa, orta və uzunmüddətli fəaliyyət proqramları hazırlanmalıdır.

"Hər fəaliyyət proqramının konkret müddəti olmalıdır. Həmin proqramlarda gözləntilərimiz və əldə edəcəklərimiz aydın şəkildə əksini tapmalıdır", - Quliyev deyib.

Onun sözlərinə görə, BMT-yə üzv dövlətlər 2020-ci ilədək Yol Təhlükəsizliyi Strategiyasını hazırlamalıdır.

"Azərbaycanda da 2012-2020-ci illəri əhatə edən belə strategiya hazırlanmalıdır. Amma bizdə bu sənədin hazırlanması, bu istiqamətdə iş aparılması barədə məlumat verilmir. Biz Koalisiya olaraq bu strategiyanın hazırlanmasında iştirak edə bilərik", - Quliyev deyib.

Xəbər lenti

Xəbər lenti