...

Qaçaqmalçılıqda ittiham olunan Azərbaycan, Rusiya və İran vətəndaşlarından ibarət dəstə üzvlərinin cəzası azaldılıb

Cəmiyyət Materials 4 Oktyabr 2012 13:50 (UTC +04:00)
Apelyasiya Məhkəməsi silah və narkotik qaçaqmalçılığında ittiham olunan Azərbaycan, Rusiya və İran vətəndaşlarından ibarət dəstə üzvlərinin cəzasını azaldıb.
Qaçaqmalçılıqda ittiham olunan Azərbaycan, Rusiya və İran vətəndaşlarından ibarət dəstə üzvlərinin cəzası azaldılıb

Azərbaycan, Bakı, 4 oktyabr /Trend, müxbir K.Zərbalıyeva/

Apelyasiya Məhkəməsi silah və narkotik qaçaqmalçılığında ittiham olunan Azərbaycan, Rusiya və İran vətəndaşlarından ibarət dəstə üzvlərinin cəzasını azaldıb.

Bakı Apelyasiya Məhkəməsindən Trend-ə verilən məlumata görə, qaçaqmalçılıq yolu ilə İrandan Azərbaycana külli miqdarda narkotik vasitələr və silah-sursat keçirməkdə təqsirləndirilən Azərbaycan, Rusiya və İran vətəndaşlarından ibarət mütəşəkkil dəstə üzvlərinin apelyasiya şikayətləri üzrə proses başa çatıb.

Məhkəmə dəstə üzvlərinin şikayətlərini qismən təmin edib və dəstə üzvlərinin hər birinə 7 il müddətinə azadlıqdan məhrum etmə cəzası verilib.

Qeyd edək ki, bundan əvvəl Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə "Tovuzlu Alik" ləqəbi ilə tanınan Alyoşa Sadıqov 10 il, İbrahim Tanrıverdiyev 8 il, Zadeh Germi Əkbər Əyyub oğlu 10 il, Anatoliy Vaytkeviç 8 il, Qennadiy Bibin 8 il və Sergey Bibin 9 il müddətinə azadlıqdan məhrum edilib.

Xəbər lenti

Xəbər lenti