...

Ermənistanda doğum səviyyəsi azalıb

Cəmiyyət Materials 31 Oktyabr 2012 15:47 (UTC +04:00)
Yanvar-sentyabr aylarında Ermənistanda 30 906 uşaq anadan olub ki, bu da ötən ilin analoji dövr göstəricisindən 3 faiz azdır.
Ermənistanda doğum səviyyəsi azalıb

Azərbaycan, Bakı, 31 oktyabr /Trend/

Yanvar-sentyabr aylarında Ermənistanda 30 906 uşaq anadan olub ki, bu da ötən ilin analoji dövr göstəricisindən 3 faiz azdır. Trend-in Ermənistan KİV-ə istinadən verdiyi məlumata görə, bunu ölkənin Milli Statistika Xidmətinin şöbə müdiri Karina Kuyumcyan deyib.

O qeyd edib ki, ölüm səviyyəsi 0,8 faiz azalaraq 20 815 nəfər təşkil edib.

"Bununla da Ermənistan əhalisinin təbii artımı 10 091 nəfər təşkil edib ki, bu da 2011-ci ilin göstəricisindən 7,1 faiz azdır", - Kuyumcyan bildirib.

O, həmçinin vurğulayıb ki, cari ilin yanvar-sentyabr aylarında Ermənistana gələnlərin sayı 1 594 988 nəfər, gedənlərin sayı isə 1 692 147 nəfər olub.

Qeyd edilən dövrdə Ermənistana 747 240 əcnəbi vətəndaş gəlib, 734 944 əcnəbi isə ölkəni tərk edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti