...

Ötən həftə Azərbaycanda qanunsuz əmək fəaliyyətinə cəlb edilmiş 78 əcnəbi saxlanılıb

Cəmiyyət Materials 13 Noyabr 2012 10:29 (UTC +04:00)
Ötən həftə Azərbaycanda yaşayan və fərdi icazə alınmadan əmək fəaliyyətinə cəlb edilmiş 78 əcnəbi saxlanılıb.
Ötən həftə Azərbaycanda qanunsuz əmək fəaliyyətinə cəlb edilmiş 78 əcnəbi saxlanılıb

Azərbaycan, Bakı, 13 noyabr /Trend, müxbir K.Zərbalıyeva/

Ötən həftə Azərbaycanda yaşayan və fərdi icazə alınmadan əmək fəaliyyətinə cəlb edilmiş 78 əcnəbi saxlanılıb.

Dövlət Miqrasiya Xidmətindən Trend-ə verilən məlumata görə, noyabrın 5-dən 10-dək Gəncə, Mingəçevir, Şirvan şəhərlərində, Şəmkir, Zərdab, Qazax, Ağstafa rayonlarında qanunsuz miqrasiyaya qarşı müvafiq tədbirlər keçirilib.

Keçirilən tədbirlər nəticəsində qanunvericiliyin tələblərinə zidd olaraq ölkə ərazisində etibarsız sənədlərlə yaşayan və fərdi icazə alınmadan əmək fəaliyyətinə cəlb edilmiş 78 əcnəbi aşkar edilərək barələrində İnzibati Xətalar Məcəlləsinin 339 və 340-1-ci maddələrinə uyğun müvafiq qərarlar qəbul edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti