...

Saxta sement satışının qarşısı alınıb

Cəmiyyət Materials 20 Noyabr 2012 18:24 (UTC +04:00)
Qanun pozuntusuna yol vermiş təsərrüfat subyektləri barəsində qanunvericilikdə nəzərdə tutulmuş tədbirlər görüləcəkdir.
Saxta sement satışının qarşısı alınıb

Azərbaycan, Bakı, 20 noyabr /Trend/

Bakıda saxta sement satışının qarşısı alınıb.

İqtisadi İnkişaf Nazirliyinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, İİN yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti tərəfindən Bakı şəhərinin Sabunçu rayonunda Rahim Dadaşova məxsus mağazada aparılan yoxlama zamanı ticarət obyektində mənşəyi məlum olmayan sement satıldığı, satışda olan "Qaradağ-S" adlı M-400 markalı sementin faktiki çəkisinin etiket göstəricisindən 3-7%, "Qaradağ-S" adlı M-300 markalı sementin faktiki çəkisinin isə etiket göstəricisindən 10-15% az olduğu müəyyən edilib.

Qanun pozuntusuna yol vermiş təsərrüfat subyektləri barəsində qanunvericilikdə nəzərdə tutulmuş tədbirlər görüləcəkdir.

Araşdırmalar davam edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti