...

Bakıda Koreya milli mətbəxinə həsr edilmiş festival keçirilib

Cəmiyyət Materials 29 Noyabr 2012 23:27 (UTC +04:00)
Bu gün Bakıda Koreya milli mətbəxinə həsr edilmiş “Food Festival” keçirilib.
Bakıda Koreya milli mətbəxinə həsr edilmiş festival keçirilib

Azərbaycan, Bakı, 29 noyabr /Trend, müxbir E.Mehdiyev/

Bu gün Bakıda Koreya milli mətbəxinə həsr edilmiş "Food Festival" keçirilib.

Trend -in məlumatına görə, tədbirdə Azərbaycanın millət vəkillər, xarici ölkə səfirləri, ictimaiyyət nümayəndələri və digər qonaqlar iştirak edib.

Tədbiri giriş sözü ilə açan Koreyanın Azərbaycandakı səfiri Çoi Suk İn bildirib ki, festivalın keçirilməsi iki ölkə arasında mədəni əlaqələrin daha da möhkəmləndirilməsi məqsədi daşıyır.

O bildirib ki, yemək mədəniyyət anlayışının təbliğində ən sadə yollardan biridir. Səfir Koreya yeməklərinin xüsusiyətlərindən danışıb, onların az kalorili olduğunu deyib.

Daha sonra tədbirdə çıxış edən Azərbaycan Milli Kulinariya Mərkəzinin sədir müavini Ceyran Əsgərova Azərbaycanda Koreya mətbəxinin ikinci dəfə təqdim olunduğunu diqqətə çatdırıb.

Onun sözlərinə görə, belə tədbirlər iki xalqın mədəniyyətlərinin qarşılıqlı olaraq təbliğində və əməkdaşlığın inkişafında vacib rol oynayır.

Daha sonra Koreya mətbəxinin təamları qonaqlara təqdim olunub.

Xəbər lenti

Xəbər lenti