...

Həftənin ilk iş günü Azərbaycanda hava dumanlı olacaq

Cəmiyyət Materials 2 Dekabr 2012 17:20 (UTC +04:00)

Azərbaycan, Bakı, 2 dekabr /Trend/

Sabah Azərbaycan ərazisində hava dumanlı olacaq.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Trend-ə bildiriblər ki, Bakıda və Abşeron yarımadasında dekabrın 3-də havanın dəyişkən buludlu olacağı, gün ərzində əsasən yağmursuz keçəcəyi gözlənilir. Səhər və axşam yarımadanın bəzi yerlərində duman olacaq.

Bakıda gecə 7-9°, gündüz 14-16° isti olacaq.

Azərbaycanın rayonlarında hava səhər və axşam saatlarında duman olacaq. Axşam isə bəzi qərb rayonlarında az yağış yağacağı ehtimalı var. Temperaturun gecə 2°-6°, gündüz 11 -16° isti olacağı gözlənilir.

Dağlıq ərazilərində gecə 4° şaxtadan 1°-dək isti olacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti