...

Azərbaycanda "Deputat-tələbə əməkdaşlığı" müsabiqəsinin növbəti qalibləri mükafatlandırılıb

Cəmiyyət Materials 5 Dekabr 2012 16:08 (UTC +04:00)
Trend-in məlumatına görə, millət vəkili Rövşən Rzayev qalib tələbələrlə görüşüb, onları təbrik edib və tələbələrlə fikir mübadiləsi aparıb.
Azərbaycanda "Deputat-tələbə əməkdaşlığı" müsabiqəsinin növbəti qalibləri mükafatlandırılıb

Azərbaycan, Bakı, 5 dekabr /Trend, müxbir M.Əliyev/

Azərbaycanda "Deputat-tələbə əməkdaşlığı" müsabiqəsinin növbəti qalibləri mükafatlandırılıb.

Trend-in məlumatına görə, millət vəkili Rövşən Rzayev qalib tələbələrlə görüşüb, onları təbrik edib və tələbələrlə fikir mübadiləsi aparıb.

Rzayevin təqdim etdiyi "Qarabağın azərbaycanlı və erməni icmaları arasında danışıqların bərpası torpaqların azad edilməsinə necə təsir edə bilər?" mövzusu ilə bağlı yazılan 10 ən yaxşı məqalə mükafata layiq görülüb.

Millət vəkili Qarabağın azərbaycanlı və erməni icmaları arasında danışıqların bərpasından danışarkən qeyd edib ki, Ermənistan dövlətinin rəhbərliyi münaqişənin həll olunmasına maneələr yaradır.

O, həmçinin qeyd edib ki, Azərbaycanın savadlı, analitik bacarığı olan gənclərə ehtiyacı var: "Çünki mübarizə apardığımız insanlar çox hiyləgərdir. Onlar hər hansı güzəşt barədə söhbət etməyi düşünmürlər".

Parlament Jurnalistlər Birliyinin təşkilatçılığı ilə təşkil olunan müsabiqənin yekunları ilə bağlı tədbirdə çıxış edən millət vəkili Fuad Muradov tələbələri təbrik edib. O qeyd edib ki, bu layihə Azərbaycan jurnalistikasına yeni bilikləri, yeni yanaşmaları olan şəxslərin gəlməsinə səbəb olacaq.

Millət vəkili, həmçinin bir sıra təkliflərini səsləndirib. Deputat qalib gəlmiş bütün tələbələri bir yerə yığaraq onları Milli Məclisin işi ilə tanış etməyi təklif edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti