...

Azərbaycan nümayəndə heyəti Tbilisi Ədliyyə evi ilə tanış olub

Cəmiyyət Materials 12 Dekabr 2012 19:42 (UTC +04:00)
Azərbaycan nümayəndə heyəti çərşənbə günü Tbilisi Ədliyyə evinə baş çəkib. Gürcüstan Ədliyyə Nazirliyindən Trend-ə verilən məlumata görə, Azərbaycanın dövlət xidmətləri və sosial innnovasiyalar agentliyinin nümayəndələri Ədliyyə evinin konsepsiyası ilə tanış olub, həmçinin özünəxidmət, sürətli və uzunmüddətli xidmət məkanına baxış keçiriblər.
Azərbaycan nümayəndə heyəti Tbilisi Ədliyyə evi ilə tanış olub

Gürcüstan, Tbilisi, 12 dekabr /Trend, müxbir N.Kirsxaliya/

Azərbaycan nümayəndə heyəti çərşənbə günü Tbilisi Ədliyyə evinə baş çəkib. Gürcüstan Ədliyyə Nazirliyindən Trend-ə verilən məlumata görə, Azərbaycanın dövlət xidmətləri və sosial innnovasiyalar agentliyinin nümayəndələri Ədliyyə evinin konsepsiyası ilə tanış olub, həmçinin özünəxidmət, sürətli və uzunmüddətli xidmət məkanına baxış keçiriblər.

Xüsusən bu məqsədlə gələn nümayəndə heyətinin üzvləri Ədliyyə evində bir gün keçiriblər. Gürcüstan mütəxəssisləri onlar üçün dövlət xidmətləri sahəsində uğurlu islahat konsepsiyanın hazırlanması və onların tətbiqi, idarə edilməsi, inkişafı ilə bağlı təqdimat keçiriblər.

250-dən artıq xidmətin birləşməsinin necə baş verməsi, biznes məntiqi üzrə yaradılan xidmət strukturunun üstünlükləri, istehlakçılara yeni xidmətlərin necə təklif edilməsi, onlayn-xidmətin tətbiqi üçün hansı işlərin görülməsi və s. haqqında ətraflı məlumat verilib.

Təqdimat və işçi görüşlərindən sonra Azərbaycan nümayəndə heyəti üçün xüsusi tur təşkil edilib. Tur çərçivəsində qonaqlar iş prosesini özləri izləmək imkanı əldə ediblər. Onlar, həmçinin Ədliyyə evinin yeniliyi olan "JustCafe"də olublar. Burada müştəri nahar edərək ona lazım olan sənədi sifariş edə və sənədi bir neçə dəqiqədən sonra əldə edə bilər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti