...

Azərbaycanda yeni "Nargis" jurnalının ilk nömrəsi təqdim olundu (FOTO)

Cəmiyyət Materials 13 Dekabr 2012 22:30 (UTC +04:00)
Azərbaycan mətbuatında yeni və tamamilə fərqli bir üslub ortaya qoyan "Nargis" jurnalı işıq üzü görüb.
Azərbaycanda yeni "Nargis" jurnalının ilk nömrəsi təqdim olundu (FOTO)

Azərbaycan, Bakı, 13 dekabr /Trend/

Azərbaycan mətbuatında yeni və tamamilə fərqli bir üslub ortaya qoyan "Nargis" jurnalı işıq üzü görüb. Trend-in məlumatına görə, "Nargis" - moda və incəsənət aləmində oxucunun əsl bələdçisinə çevriləcək bir nəşrdir.

Rus dilində çap edilən bu jumalda modaya aid hər şeyi tapmaq olar. Bu nəşrin səhifələrində mövsümün yenilikləri, dəb aləmində müasir tendensiyalar, kübar həyat, afişalar və s. ilə tamş olmaq mümkündür. "Nargis" oxucuları həm də incəsənətdə baş verənlər barəsində dolğun məlumat ala biləcəklər. Belə ki, jumalda istedadlı heykəltəraşlar, rəssamlar, yazıçı və rejissorlar, bəstəkarlar, opera müğənnilərinin yaradıcılığı haqqında məqalələr yer alacaq.

Nəfis tərtibatı, zövqlü dizaynı ilə Azərbaycan mətbuatına yenilik gətirən "Nargis" jurnalının ilk sayı bu gün işıq üzü görüb. Yeni nəşr baş redaktor tərəfindən öz anasının, MDU-nun Bakı filialının rektoru, filologiya elmləri doktoru, MDU professoru, "Nargis" jurnalının ilk sayının ön səhifəsini öz şəkli ilə bəzəyən Nərgiz Paşayevanın şərəfinə adlandırılıb. Jurnalın təqdimatının 13 dekabrda keçirilməsi təsadüfi deyil- məhz bu gün Nərgiz Paşayeva öz ad gününü qeyd edir.

İlk nömrədə Azərbaycanın birinci xanımı Mehriban xanım Əliyevanın eksklüziv fotosessiyası, akademik Nərgiz Paşayeva ilə müsahibə yer alıb. Jurnalın səhifələrində, həmçinin tanınmış fransız dizayner Jan Klod Jetrua, Londonda çalışan məşhur norveçli dizayner Kristian Aadnevik, Rusiyanın məşhur teatr rejissoru Roman Viktyuk, dünya şöhrətli rəssam Natalya Nesterova, "Сhristie's" hərrac evinin rəhbəri Devid Linli və bir sıra tanınmış şəxslərlə maraqlı müsahibələr dərc olunub.

Jurnal ingilis dizaynerləri tərəfindən hazırlanıb. Lakin "Nargis" - sadəcə təsvir və mətnlər demək deyil, bu, yeni adlar, üslub və dizaynm yeni çalarları, yeni hədəf və imkanlar deməkdir. Jurnal rübdə bir dəfə, 368 səhifə ilə görüşünüzə gələcək. "Nargis"in hər buraxılışında Azərbaycan və dünyanın məşhur ulduzları ilə eksklüziv müsahibələr, maraqlı məqalələr nəşr olunacaq. 5000 nüsxə ilə dərc olunan jumalın Moda (Fashion), Mədəniyyət (Culture), Simalar (People), Sağlamlıq və Gözəllik (Health and Beauty), Həyat tərzi (Lifestyle) kimi rubrikalarında bu sahələrə aid ən son xəbərlərdən hali olmaq mümkün olacaq.

Jurnalın yaradıcı kollektivi həm Azərbaycanda, həm də xaricdə mövcud olan digər nəşrlərlə müqayisədə daha üstün və unikal məhsul yaratmağı qarşısına məqsəd qoyub. Jurnalın ilk nömrəsinin təqdimat mərasimi bu məqsədə nail olunduğunu söyləməyə əsas verir. Dekabrm 13-də Bakı Biznes Mərkəzində baş tutan tədbirdə müasir musiqi ilə yanaşı norvecli dizayner Kristian Aadnevikin geyim kolleksiyasının sərgisi, Bakıdakı JAN modalar evinin yeni modellərinin nümayişi, nəhayət DJ Mansurun iştirakı ilə "afterparty" keçirilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti